Xəbər lenti
Dünən, 19:25

Böyük Britaniya İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur, kiberpolis rəhbəri Nasser Məcidi və müxtəlif hüquq-mühafizə orqanlarının regional bölmələrinin rəhbərləri daxil edilib.

Siyahıda ümumilikdə 24 nəfərin adı var.

Bu sanksiyalar İranda insan hüquqlarının pozulmasına görə məsul şəxslərə qarşı tətbiq edilir.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 3 222          Tarix: 14-11-2022, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma