Şimali Koreya Yapon dənizi istiqamətinə yaxınmənzilli ballistik raket atıb.
Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şimali Koreyanın atdığı ballistik raket Koreya yarımadasının şərq sahillərinə düşüb.
“Şimali Koreyanın keçmiş ballistik raket buraxılışları da daxil olmaqla, etdiyi hərəkətlər Yaponiyanın, regionun və dünya ictimaiyyətinin sülh və təhlükəsizliyini təhdid edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ballistik raket buraxılışlarını qətiyyətlə pisləyirik”, - məlumatda bildirilir.
Cənubi Koreya ordusunun məlumatına görə, KXDR tərəfindən buraxılan raket maksimum 45 km yüksəklikdə təxminən 240 km uçub.
Şimali Koreya sonuncu dəfə noyabrın 9-da Yapon dənizi istiqamətinə ballistik raket atıb.
Raketin buraxılışı KXDR Xarici İşlər Nazirliyinin rəhbərinin ABŞ-nin bölgədə hərbi mövcudluğunun genişləndirilməsinin qarşısının alınması və Vaşinqton və onun müttəfiqlərinin regiondakı hərbi fəaliyyətinə sərt cavab vəd etməsindən sonra həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Koreya Respublikası və Yaponiya liderləri noyabrın 13-də Kambocada keçirilən üçtərəfli sammitdə genişləndirilmiş çəkindirmə tədbirlərini gücləndirmək barədə razılığa gəliblər.
Mənbə: TASS
Paylaş: