Xəbər lenti
Dünən, 19:25

ABŞ mərkəzi hərbi komandanlığı (Centcom) Oman sahillərində neft tankerinə hücumda İranı təqsirləndirib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Centcom tərəfindən yayılmış bəyanatda bildirilir.

"Noyabrın 15-də yerli vaxtla saat 22:00-da Oman körfəzində İran istehsalı olan pilotsuz uçuş aparatı Liberiya bayrağı altında üzən Pacific Zircon tankerinə hücum edib. Bu tanker İsraillə əlaqəli kommersiya strukturuna daxildir", - bəyanatda belə deyilir.

Qırıntıların tədqiqi nəticəsində məlum olub ki, bu, “Şahed” seriyasına aid hücum dronudur. Hərbi komandalığın məlumatına görə, tanker zədələnsə də, itki olmayıb.

Bu arada gəminin sahibi olan israilli iş adamı tərəfindən idarə edilən “Eastern Pacific Shipping” kompaniyası tankerə dəyən zərərin minimal olduğunu bildirib. Gəmi heyəti yanacağın axmasının qarşısını alıb.




Ana səhifəyə qayıt        Baxış: 3 917          Tarix: 17-11-2022, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma