Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
FETÖ təşkilatına üzv olmaq ittihamları ilə həbs olunan Mübariz Mənsimovun 6 gəmisi İstanbulda “ilişib” qalıb…
Ali Kemal Erdem“The Independent” qəzeti, 23 dekabr 2020-ci il
İstanbul Respublika Prokurorluğu tərəfindən FETÖ istintaqı çərçivəsində 17 martda tutulan azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan və Zeytinburnunda lövbər atmış “Şövkət Ələkbərova” adlı gəminin azərbaycanlı heyəti ümidlərə buraxılıb.
Mənsimovun həbsindən sonra “Palmali Shipping”ə məxsus bəzi gəmilər şirkətin borcları səbəbindən banklar tərəfindən ələ keçirilib. Malta bayraqlı altında üzən “Şövkət Ələkbərova” gəmisində çalışan Əziz Bədirov yaşadığı çətinliklərdən “Independent Türkçə”yə danışıb.
Əldə edilən məlumata görə, işlər pisləşdiyi üçün, əsasən ruslardan ibarət olan heyətin kapitanı və digər idarəedici heyət gəmini tərk edərək ölkələrinə qayıdıblar. Gəmini tərk etməyən Bədirov da daxil olmaqla, 8 azərbaycanlı dənizçi isə şirkətdən kömək və pul gözləyir.
“Az qida ilə idarə etməyə çalışırıq”
Azərbaycanlı dənizçilərin gəmini tərk etməmələrinin səbəbi pullarını almamalarıdır. “Mən 18 dekabrdan bəri gəmidəyəm”, deyə Bədirov bildirir:
“Bu müddətin 7 ayı Zeytinburnu sahilində keçib. 12 aydır pulumu ala bilmirəm. Gəmidə ən qısa müddətdir olan da mənəm. 15-16 aydır gəmidə olanlar da var. Mübariz bəy həbs olunandan sonra gəmilər ortada qaldı. Təkcə Zeytinburnunda bizim gəmi ilə birlikdə 6 gəmi var. Borclar olduğu üçün dənizçilərə maaş verilmir. Kapitan da qaçdı. Aylardır ayağımız torpağa dəyməyib. Məhkəmə yaxınlaşanda yemək verirlər, sonra vermirlər. Az yeməklə idarə etməyə çalışırıq. Şkaflar boşdur, nə sabun var, nə də meyvə”.
“Pulunuzu göndərəcəyik, dedilər, amma göndərmədilər”
Bədirov mərkəzi İstanbulda olan şirkətlə əlaqə saxladıqda ona “səbirli olun, pulunuzu verəcəyik”, deyə cavab veriblər:
“Bu yaxınlarda dedilər ki, 500 dollar göndərəcəyik, amma hələ də gəlməyib. “Pul göndərəcəyik, yemək paketləri verəcəyik”, deyirlər, amma göndərmirlər. Pulumuzu ala bilmədiyimiz üçün gəmini də tərk edə bilmirik. Bir dəfə getsək, alacağımızı da ala bilmərik. Mən 14 min 700 dollar alacağam. Şirkətin ən az bopcu mənədir. Bəziləri 30-40 min dollar pul almalıdır”.
Bir ildir ana-atasını görə bilmədiyini bildirən Bədirov bildirir ki, evlidir və övladları var. O, çıxılmaz vəziyyətini belə izah edir: “Ölkəmizdən uzaq bir gəmidə unudulduq. Bizə kömək edilsin. Pulumuzu almağımıza kömək edilsin, yemək paketləri göndərilsin”.
Dənizçilərin problemi ilə bağlı məlumat almaq üçün “Palmali Shipping” şirkətinin mətbuat katibi ilə əlaqə saxladıq. Onlar bizə cavab yazacaqlarını bildirdilər, ancaq xəbər hazırlana qədər bizə heç bir məlumat verilmədiyi üçün şirkətin mövqeyini yaza bilmədik.
Dünyada tərk edilmiş gəmilərin yerini və mövcud vəziyyətini göstərən xəritə
Tərk edilmiş 225 gəmidən yalnız 45-i bu il buraxılıb
Əldə etiyimiz məlumata görə “Palmali Shipping” şirkətinin dənizçilərinin başına gələnlər çoxlarının başına gəlir. Hər il dünyada bir çox gəmi borc, maliyyə və idarəetmə böhranı kimi bir çox səbəblərə görə sahibləri tərəfindən limanlarda tərk edilir. Buna dənizçilik ədəbiyyatında “gəminin tərk edilməsi” deyilir. Yüzlərlə dənizçi tez-tez vətənlərindən uzaq bir limanda aylarla, bəzən də illərlə gəmidə yaşamaq məcburiyyətində qalır.
Uzun müddətdir davam edən bu çətinliyə son qoymaq üçün isə taleyin ümindinə buraxılan dənizçilər sosial medianın gücündən istifadə edərək öz çıxılmaz vəziyyətlərini dünyaya çatdırmağa çalışırlar. Dəniz İşçiləri Platformasından Onur Özkaya bildirir ki, beynəlxalq məlumatlara görə, hazırda 225 tərk edilmiş gəmi dünya limanlarında qalıb və onlardan 45-i bu il tərk edilib.
Xatırladaq ki, Panama bayrağı altında üzən “MV Kenan Mete” türk gəmisində çalışan 6-sı türk olan 25 dənizçi pullarını ala bilmədiyi üçün aylarla Misirdə qalmışdı.
Xarici bayraq altında üzmək “tərk edilməyi” asanlaşdırır
Özkaya “tərk etmə” tərifinin “MLC 2006 Standartları”na görə aşağıdakı kimi açıqlandığını qeyd edib:
“Gəmi sahibi dənizçinin ölkəsinə qaytarılması üçün xərcləri ödəyə bilmədikdə və ya dənizçini lazımi kömək və dəstəkdən məhrum etdikdə, ya da ən azı iki ay maaş ödəmədikdə və dənizçi ilə əlaqələrini birtərəfli şəkildə kəsdikdə…”
Dənizçilərin tərk edilməsinə qarşı yaradılan zəmanətin dənizçinin üzdüyü bayraq dövlətinin maddi təhlükəsizliyi təmin etməsindən asılı olduğunu vurğulayan Özkaya bunun qarşısındakı ən böyük maneəni belə izah edir:
“Dənizçilər çox vaxt “asan bayraq” olaraq xarakterizə edilən “Panama”, “Malta”, “Marshall”, “Cook Islan” kimi gəmi sahibkarlarının vergidən qaçmasına şərait yaradan, bayraq dövlətlərinin, liman dövlətlərinin və ya iş fəaliyyətini təmin edən dövlətlərin insafına buraxılırlar. Bir dənizçinin xarici bayraq alıtında işləmək məcburiyyətində qalması “tərk edilmə” kimi çətinliklərlə yanaşı, həm də onun sosial təminat və təşkilatlanma kimi təməl hüquqlardan məhrum edilməsinə gətirib çıxarır”.
İstanbul limanları gəmi “tərk etmə” hadisələrinin ən çox baş verdiyi yerlərdən biridir
Son vaxtlar “tərk etmə” hadisələrində ciddi bir artım olduğunu ifadə edən Özkaya əlavə edir:
“Bu artım Beynəlxalq Əmək Təşkilatının (ILO) verdiyi rəsmi məlumat bazasında müşahidə edilə bilər. Gəmi heyətinin ən çox tərk edildiyi yerlər Şarja, Malta və İstanbuldur. Hazırda İstanbulda 14 “tərk etmə” hadisəsi var. Bunlardan 6-sı hələ də aktiv vəziyyətdədir. Digərləri isə birtəhər həll yolu tapıblar. Əksər dənizçilər, başqa bir şirkətdə iş tapmamaq qorxusu ilə şikayət etməyə gecikirlər. Uzun müddətdir tərk edilmiş dənizçilər də işlərinin həll olunmasını və maaşlarının ödənilməsini gözləyirlər. Beynəlxalq Əmək Təşkilatına (ILO) görə, maksimum xidmət müddəti 11 ay olsa da, dənizçilər gəmidə bundan daha uzun müddət ilişib qalırlar”.
Özkaya dənizçilərin xarici bayraqla işləməyə məcbur edilməmələrini və bu sahələrdə yeni qaydaların tətbiq edilməli olduğunu söyləyib.
Dünyanın müxtəlif yerlərində tərk edilmiş gəmilərdə ilişib qalan dənizçilər səslərini media vasitəsi ilə çatdırmağa çalışırlar
“Gəmidə susuz, qidasız yaşamağımızı istəyirlər”
Dəniz İşçiləri Platformasından Filiz Tilki də dənizçiliyin ən ağır iş sahələrindən biri olduğunu və dənizçilərin tərk edilməsinin danışılmayan problemlərdən biri olduğunu qeyd edib:
“Yalnız gəmi sahibləri dənizçiləri tərk etmir, həm də dövlətlər, birliklər və qeyri-hökumət təşkilatları onları tərk edirlər. Hər bir siyasi və ya ticarət böhranının qurbanları biz oluruq. Gəmidə bizim susuz, qidasız yaşamağımızı istəyirlər. Tərk edilmiş halda, ödənişsiz, ac-susuz, sevdiklərindən uzaqda qalmaq rəva görülür”, deyə Recep Canpolat “tərk edilmə”nin səbəblərini izah edib.
Gəmilər üç səbəbdən tərk edilir
Yeri gəlmişkən, Misirdə ilişib qalan “MV Kenan Mete” adlı gəminin vəziyyəti barədə xəbərlər aldığımız Dəniz Xəbər Agentliyinin Baş redaktoru Recep Canpolat gəmilərin niyə ilişib qaldığı və başqa sözlə, tərk edildiyi barədə ətraflı məlumat verib. Canpolat gəmilərin üç səbəbdən qapalı qaldığını bildirib və bunun səbəblərini belə izah edib:
“Limanlarda “PSC” adlanan Liman Dövlət Nəzarətləri var. Səfər etdikləri limanlarda həmin yerin səlahiyyətlisi limanlardakı gəmiləri yoxlayır və naviqasiya üçün yararlı olub-olmadığına nəzarət edir. Əgər naviqasiya üçün uyğun deyillərsə, həmin gəmiləri saxlayır. Bu, Aralıq dənizində “Aralıq dənizi Memorandumu”, Qara dəniz isə “Qara dəniz Memorandumu” çərçivəsində olur”.
Canpolat gəmilərin qapalı qalmasının ikinci və üçüncü formasını da belə olduğunu izah edir:
“İkincisi, gəmi sahibi işçilərin pulunu ödəmir. Heyət gəmini saxlayır və ITF-yə məlumat verir. Bu, dənizdə işləyənlərin hüquqlarını qorumaq üçün dünya miqyasında qurulan bir təşkilatdır. Bu vəziyyətdə gəmi “PSC”nin nəzarəti altında saxlanılır. Yaxud da tutaq ki, gəminin yanacaq borcu var. Məsələn, İtaliyada yanacaq alıb, amma pulunu ödəmədən Misirə gedir. Bu vəziyyətdə, İtaliyadakı agentlik məlumat verərsə, gəmi Misirdə saxlanılır”.
Böhran daha çox Aralıq dənizində işləyən gəmilərə təsir edir
Gəmiçiliyin pandemiya prosesindən çox əziyyət çəkmədiyini qeyd edən Canpolat, digər tərəfdən, son bir neçə ildə dünyada davam edən iqtisadi böhranın, xüsusilə kiçik ölçülü gəmilərə təsir etdiyini deyir: “3-4 min tondan 10 min tona qədər su tutumu olan gəmilərdə bununla bağlı problemlər var. Bunlar əsasən, Aralıq dənizi hövzəsində fəaliyyət göstərən gəmilərə və gəmi sahiblərinə problemə yaradır”. Onun sözlərinə görə, limanlarda bağlanan gəmilər, əsasən bu tipdə olurlar.
Aylardır qapalı qalan gəmilərdəki ən ciddi problem ərzaq çatışmazlığıdır. Hətta 2 ildir qapalı qalan bir gəmi də var.
Digər türk gəmilərinin hazırda fərqli ölkələrdə qapalı qaldığını ifadə edən Canpolat: “Yunanıstanda 2 ildir qapalı qalan bir gəmi var. Gəmi sahibi gəmini tamamilə unudub. Dediyinə görə, satsa, liman borcunu belə ödəyə bilməz. Çünki nə qədər müddət orada qalsa da, liman borcu da heyətə olan borcu qədər artır. Livanda, İtaliyada və Venesiyada azərbaycanlı iş adamına məxsus olan qapalı gəmilər də var”.
Məhkəmə prosesi 2-3 il çəkə bilər
Canpolat pulunu ala bilməyən işçilərin məhkəmədən bir qərar çıxarıb gəmini satdıra biləcəyini vurğulayır:
“Əvvəlcə limandakı bələdçi və qoşqu şirkətinə ödəniş edilir. İkinci növbədə işçiyə, üçüncü də yanacaqdoldurana verilir. Ancaq məhkəmə prosesi 2 və ya 3 il çəkə bilər. Bu səbəbdən, əsasən, sahibkarlar bir şəkildə gəmini başqa bir sahibkara sataraq işçilərin pulunu ödəyirlər”.
Orjinal
Tərcümə PİA.az-ındır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar