Xəbər lenti
Dünən, 19:25

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror strukturlarının üzvlərinin zərərsizləşdirilməsi istiqamətində növbəti uğurlu əməliyyat keçirib.

Bu barədə Ankaradakı təhlükəsizlik mənbələrindən bildirilib.

MİT əməkdaşları yerli təhlükəsizlik qüvvələri ilə birlikdə Suriyanın şimalında İŞİD terror təşkilatının 11 üzvünü saxlayıb.

Silahlılar “Fərat qalxanı” antiterror əməliyyatı zonasında tutulub. Onların üzərində külli miqdarda partlayıcı və sursat aşkar edilib.

//Müsavat 




Ana səhifəyə qayıt        Baxış: 2 835          Tarix: 19-11-2022, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma