Selen Temizer, Levent Tok
“Anadolu” Agentliyi, Türkiyə
Terror təşkilatı PYD/PKK Suriyanın Türkiyə sərhəddinin böyük bir hissəsini işğal edərək, Ankara üçün başlıca təhlükəsizlik təhdidi halına gəlib. Afrindəki terrorist yuvalanması Türkiyənin sərhəd vilayətlərini, “Fərat qalxanı” və İdlib gərginliyi azaltma bölgələrini təhdid etməklə bərabər, təşkilatın gələcəkdə ABŞ-ın dəstəyilə Aralıq dənizinə çıxışı üçün sıçrama nöqtəsi olma potensialı daşıyır.
Suriyanın şimal-qərb ucundakı Afrin Hələbin ən böyük rayonlarındandır. Türkiyənin Hatay və Kilis vilayətlərilə həmsərhəd olan Afrin, Hatayın Amanos dağlarına açılır.
Suriyada rejimə qarşı xalq hərəkatlarının başladığı 2011-ci il və ardından gələn vətəndaş müharibəsi dövründə Afrin terror təşkilatı PYD/PKK-nın ən çox yerləşdiyi sahələrdən biri olub. Terror təşkilatının Afrindəki varlığı, Əsəd rejiminin və Rusiyanın taktiki dəstəkləri və Fərat çayının şərqində ABŞ-ın yardımları sayəsində zaman içində daha da güclənib. ABŞ-ın intensiv hərbi dəstəyilə sürətlə böyüyən təşkilat hazırda Suriya-Türkiyə sərhəddinin 65%-ni də işğal altında saxlayır.
Sərhəd vilayətləri təhdid altında
Hatayın Amanos dağlarının Suriya tərəfindəki uzantısı olan Afrin dağları vilayətə təbii müdafiəni təmin edir. Əksinə, Afrin dağlarının fiziki hakimiyyəti terror təşkilatına Kilis vilayət mərkəzinin bütövünü və Hatayın önəmli bir hissəsini atəş mənzilinə ala bilmə imkanı verir.
Afrin dağları Hatay daxilindəki Amanos dağları ilə birləşən, nəzarəti çətin olan silsilələrilə birlikdə terrorçuların sızma təşəbbüslərinə səhnə olur.PYD/PKK bu bölgədən döyüşçü, silah və sursat sızdıraraq, Türkiyədəki terroru bəsləmə təşəbbüslərini davam etdirir. Təşkilat Afrindən Kilis və Hataya qısa fasilələrlə atəş açır.
Təhlükəsizlik qaynaqları Afrindən Amanoslara sızdırılanlar arasında tank əleyhinə raket, raketatar, “Doçka” tipli ağır pulemyot, Kalaşnikov avtomatı və Amerika istehsalı olan M16 piyada tüfəngləri kimi silahların və zenit-raket sursatlarının yer aldığını bildirirlər.
ABŞ-ın 2016-cı ilin aprel ayından bu yana PYD/PKK-ya təmin etdiyi silah və nəqliyyat vasitələri arasında çoxlüləli raket qurğuları və raket platformaları, 80 və 120 mm-lik minamyotlar, MK19 qumbaraatanları, M4 “Cabrine” və M16 piyada tüfəngləri, ABŞ istehsalı olan BGM-71 TOW anti-tank raketləri, “Humwee” hərbi maşınları, “Cougar” zirehli şəxsi heyət daşıyıcıları, müşahidə PUA-ları və dəfələrlə tələb etməsinə baxmayaraq, Türkiyəyə satmadığı FGM-148 “Javelin”anti-tank raketləri vardır.
Aralıq dənizinə çıxış hədəfi üçün tramplin (sıçrama taxtası)
PYD/PKK terror təşkilatı İŞİD-lə mübarizə etməsi səbəbilə ABŞ-ın bölgədəki müttəfiqi halına gəlməsindən sonra, Suriyada böyük bir sahəni işğal edib. ABŞ-ın havadan və qurudan verdiyi dəstəklə ölkənin dörddə birini ələ keçirib. Bu genişlənmə ərzində Aralıq dənizinə çıxış nöqtəsinə qovuşmaq, gələcəkdə dövlətləşmək və dünyadan birbaşa yardım almaq istəyən təşkilatın ən böyük hədəfi halına gəlib. Ən şərqdə Suriya-İraq sərhəddindən başlayaraq, Suriya-Türkiyə sərhəddi boyunca Aralıq dənizi istiqamətində irəliləyən təşkilat üçün Afrin tramplin durumundadır. Buna görə Türkiyə “Fərat qalxanı” hərəkatı ilə təşkilatın şərq-qərb əlaqəsində qismən maneə yaradıb. Ancaq təşkilat Əsədlə olan çoxyönlü əlaqələri sayəsində rejim bölgəsi üzərindən, İraq sərhəddindən tutmuş Afrinə qədər əlaqə saxlayır.
Afrin, PYD/PKK üçün günün birində Aralıq dənizinə çıxış ümidini qoruyan bir uc nöqtə durumundadır.
“Fərat qalxanı”na təhdid
Afrin, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə bigə həyata keçirdiyi “Fərat qalxanı” hərəkatı bölgəsinin qərb ucunda yerləşir.
PYD/PKK, “Fərat qalxanı” hərəkatı öncəsi, 2016-cı ilin əvvəllərində Rusiya və rejim dəstəyini alaraq, Afrindən bəhs edilən sahəyə doğru yayılmağa çalışdı. Terror təşkilatı 2015-ci ilin iyun ayında ABŞ-ın intensiv hava dəstəyilə Haseke və Ayn-ül-Ərəb arasında qalan Təl-Əbyadı ələ keçirdikdən sonra, ərəb və türkmən əhalinin yaşadığı bu rayonda etnik təmizliyə girişmişdi. Rayonun kənd yerlərində türkmən və ərəb kəndlərinə hücum edən PYD/PKK xalqı köç etməyə məcbur etmişdi.
Afrin daxilindən çıxan terrorist ünsürlər müxalifətin və ərəblərin nəzarətindəki Təl-Rıfat rayonunu və ətrafını işğal etdi.
Afrinə qonşu olan Azezdə həm müxalif hərbi ünsürlər, həm də mülki əhali təşkilatın intensiv hərbi təcavüzünə məruz qalır. Son aylarda çox sayda sivil Afrin dağlarından ağır silahlarla açılan atəş nəticəsində hayatını itirib.
Müxalifətin dəyərləndirməsinə görə, türk ordusunun bölgədən çəkilməsi halında PYD/PKK Afrindən irəliləyərək, “Fərat qalxanı” bölgəsini ələ keçirmək istəyəcək. Beləliklə, terror təşkilatı şərqdəki Fərat çayı çevrəsilə qərbdəki Afrini bir-birilə birləşdirməyi hədəfləyir.
“İdlib gərginliyi azaltma bölgəsi”nə təhdid
İdlib, Afrindən Aralıq dənizi istiqamətində irəliləmək istəyən PYD/PKK-nı cənubuna hörülmüş bir divar kimi əngəlləyir. Müxalifətin və rejim əleyhinə olan silahlı qrupların nəzarətində olan İdlibdə, Türkiyənin təşəbbüslərilə baş tutan Astana anlaşmaları sayəsində, gərginliyi azaltma bölgəsinin yaradılması terror təşkilatının maraqları ilə toqquşur.
PYD/PKK hesab edir ki, Əsəd rejiminin, İran nəzarətindəki güclərin və Rusiyanın İdlibdəki qruplarla döyüşərək onların dirənişini qırması durumunda Afrin-İdlib xəttilə Aralıq dənizinə doğru irəliləyə biləcək. Buna görə də türk ordusunun İdlibə girərək, Afrinin cənubunda bəzi atəşkəsi müşahidə nöqtələri qurması təşkilatı narahat edir. Təşkilat, müşahidə nöqtələri üçün kəşfiyyat fəaliyyətinə başlamasından etibarən TSQ ünsürlərinə davamlı olaraq hərbi təcavüz edir. İdlibdə prosesin nəzarətdən çıxması və atəşkəsin pozulması halında, PYD/PKK bu xətdə irəliləmə fürsətlərini yenidən dəyərləndirəcək.
Türkiyənin Afrinə yönəlik gözlənilən hərəkatı həyata keçirməsi halında isə müşahidə məntəqələrinin təhlükəsizliyi və işləyişi təminat altına alınmış olacaq.
Sivillər evlərinə geri dönəcək
Türkiyənin Afrinə yönəlik gözlənilən hərəkatının bir hədəfi də terroristlərin rayonun cənub-şərqində işğal etdikləri Təl-Rıfat rayonu və çevrəsindən qaçan sivillərin evlərinə geri dönməsinə imkan yaratmaqdır. Təşkilatın Təl-Rıfatı işğal etməsi zamanı təqribən 50 min ərəb Türkiyə sərhəddində, müxalifətin nəzarətində olan Azez rayonuna sığınmışdı. Azezdəki çadır düşərgələrdə həyat uğrunda mübarizə aparan Təl-Rıfat əhalisi evlərinə geri dönmə ümidilə yaşayır. PYD/PKK, Təl-Rıfatda və çevrəsində qalan əhaliyə yönəlik özbaşına həbslər və zorla silah altına alma kimi tətbiqlərinə davam edir.
ABŞ planını zəif nöqtəsindən pozmaq
PYD/PKK-nı “Sərhəd Təhlükəsizliyi Gücü” adı altında “ordulaşdırma”ğa başlayan ABŞ, təşkilatın əlindəki torpaqları qoruma hədəfini rəsmən açıqladı. ABŞ planının uğur qazanması və ölkə üzrə bütün toqquşmaların dondurulması halında, PYD/PKK-nın silahlı varlığı daha çox güclənəcək və o, yeni hakimiyyətdə böyük bir paya iddia edəcəkdir.
Digər tərəfdən, Fərat çayının şərqində terroristlərin içərisinə səpələnmiş ABŞ hərbi iştirakı Afrində görünmür. Bu da təşkilatı Afrində Türkiyəyə qarşı daha müdafiəsiz hala gətirir.
Tərcümə Strateq.az-ındır
Paylaş: