Xəbər lenti

 

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Samtredia" - "Qarabağ" matçından əvvəl azarkeşlər arasında baş vermiş insident zamanı Ağdam klubunun fanatlarından biri xəsarət alıb.

Ovqat.com "Report"a istinadən bildirir ki, həmin şəxs oyunu izləmək üçün Gəncədən Tbilisiyə yollanan kiçik bir qrupun üzvüdür.

Bu ərəfədə, gürcü fanatların hücumuna məruz qalan sözügedən kiçik qrupun üzvləri ilə "Qarabağ"ın fan-klub üzvləri arasında tribunada mübahisə düşüb. Stadiondakı təhlükəsizlik nümayəndələrinin müdaxiləsindən sonra ara sakitləşib.

Eyni zamanda "Report"un Gürcüstan bürosu xəbər verir ki, "Samtredia"-"Qarabağ" oyunu başlamazdan əvvəl bir qrup şəxs təxribat məqsədi ilə Azərbaycan əleyhinə kampaniya aparmaqğa cəhd göstərib. Azərbaycanlılardan ibarət bir qrup fəal təxribata imkan verməyib. Gürcüstan polisi təxribatçıların əlindəki plakatları alıb və onlara xəbərdarlıq olunub.

21:26

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində az sonra başlayacaq "Samtredia" - "Qarabağ" matçından öncə azarkeşlər arasında qalmaqal yaşanıb.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, yerli azarkeşlərlə azərbaycanlı fanatlar arasında insident yaşanıb. 

Belə ki, "Samtredia"nın 20-ə yaxın azarkeşi azsaylı "Qarabağ" fanatları üzərinə hücum edib. Qalmaqal əsnasında əlbəyaxa dava düşüb. Yerli fanatlar azərbaycanlı azarkeşlərin bayrağını əlindən alaraq, qaçıblar.
Hadisədən sonra həmyerlilərimiz stadionun önündə olan polis işçilərinə müraciət ediblər. Asayiş keşikçiləri Azərbaycan bayrağını oğurlayanları yaxın zamanlarda tapacaqlarına və bayrağın qaytarılacağına dair söz veriblər.

21:05

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda "Samtredia"sının qonağı olacaq "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.

Ovqat.com "Report"a istinadən bildirir ki, xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.
Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.
Qeyd edək ki, matç saat bu gün saat 21:00-da başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 849          Tarix: 18-07-2017, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma