Xəbər lenti
Dünən, 19:25

Belarusda ölkə Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə Silahlı Qüvvələrin döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb.

Bu barədə Respublika Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik həmçinin Belarusda bəzi ümumi istifadədə olan avtomobil yollarında vətəndaşların hərəkətinə (nəqliyyata) müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.

Respublika Müdafiə Nazirliyi qeyd edib ki, qəfil yoxlama zamanı həyata keçirilən fəaliyyətlər hərtərəfli olacaq: qoşunlar tez bir zamanda təyin olunmuş ərazilərə doğru irəliləməli, mühəndis texnikasını tətbiq etməli, təhlükəsizlik və müdafiəni təşkil etməli, Neman və Berezina çayları üzərində körpü keçidləri qurmalı olacaqlar.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 590          Tarix: 13-12-2022, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma