Xəbər lenti
Dünən, 19:25

Şimali Koreyanın ballistik raketləri Pyonqan-Pukto əyalətindən buraxılıb.

APA xəbər verir ki, bu barədə bazar günü Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Cənubi Koreya tərəfinin məlumatına görə, iki raketin buraxılışı yerli vaxtla saat 11:13-dən 12:05-dək Dongchang County-dən Yapon dənizinə doğru olub.

“Nəzarəti gücləndirməklə, ordumuz ABŞ-la sıx əməkdaşlıqda tam hazır vəziyyətdədir”, - komitə bildirib.

Yonhap-ın qeyd etdiyi kimi, raket buraxılışı Şimali Koreyanın Xalq Respublikasında insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb edən BMT qətnaməsinin qəbuluna cavab ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 245          Tarix: 18-12-2022, 10:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma