“Bloomberg” Moskvada binaların damlarına PUA-lara qarşı hava hücumundan müdafiə sistemləri quraşdırılmasından yazıb.
Azpost.info xəbər verir ki, agentlik vəziyyətlə tanış olan rəsmilərə istinadən qeyd edir ki, bu yolla hakimiyyət mərkəzi Rusiyaya hücumlar olacağı təqdirdə onun təhlükəsizliyi təmin etmək istəyir.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qurğularının quraşdırılması ilə bağlı məlumatı şərh etməyib.
Qeyd edək ki, internetdə zenit silahlarına bənzər iri həcmli qurğuların paytaxtın damlarında quraşdırılmasının şəkilləri yayılıb. “Bloomberg” 2022-ci ildə dronların Ryazan və Saratov vilayətində Rusiya hərbi obyektlərinə hücum etdiyini xatırladıb. Həmin vaxt hakimiyyət hücuma görə Ukraynanı günahlandırıb, Kiyev isə zərbələrə görə məsuliyyəti üzərinə götürməyib.
Agentliyin mənbələrinə görə, yeni hava hücumundan müdafiə vasitələri paytaxt ətrafında əvvəllər mövcud olan sistemləri tamamlayacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Müdafiə Nazirliyi və başqa binaların damlarına zenit-raket kompleksinin yerləşdirilməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Paylaş: