Xəbər lenti
Dünən, 19:25

"Rusiya Təhlükəsizlik Şurası (TŞ) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşısında duran vəzifələrin həllinə kömək etməyə hazırdır".

Yenisabah.az xəbər verir ki, bu barədə Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov arasında keçirilən işgüzar görüşdə danışılıb.

“Nikolay Patruşev İmanqali Tasmaqambetovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb, həmçinin KTMT Katibliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə köməklik göstərməyə hazır olduğunu bildirib", - deyə TŞ-nin yaydığı məlumatda qeyd olunur. 

Tərəflər bir sıra beynəlxalq problemlərə baxıb, KTMT sərhədləri boyu vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. KTMT-nin nüfuzunun artırılmasına və onun digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.

Həmsöhbətlər 2022-ci ildə KTMT-yə üzv dövlətlərin başçılarının qəbul etdikləri qərarların icrasına da diqqət yetiriblər.




Ana səhifəyə qayıt        Baxış: 2 755          Tarix: 24-01-2023, 17:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma