ABŞ prezidenti Donald Tramp dövlətin başında durduğu ilk altı ay ərzində biri rusiyalı həmkarı Vladimir Putinlə olmaqla ümumilikdə digər ölkə liderləri ilə 47 dolğun ikitərəfli görüş keçirib.
"Report" xəbər verir ki, bu barədə Trampın prezidentliyinin ilk 182 gününə yekun vuran ABC News telekanalı məlumat yayıb.
İyulun 20-nə olan vəziyyətə görə, Tramp Putinlə altı dəfə təmasda olub – iki ölkə liderləri üç dəfə G20 sammitində görüşüblər, həmçinin üç dəfə telefonla danışıblar.
Ümumilikdə isə ABŞ lideri səkkizi Böyük Britaniyanın baş naziri Tereza Mey ilə olmaqla 102 telefon danışığı aparıb.
O, həmçinin dövlət katibi Reks Tillerson ilə 24, ABŞ Konqresinin üzvləri ilə isə ən azı 41 görüş keçirib.
Tramp 42 müxtəlif qanun layihəsi imzalayıb və 13 mətbuat konfransında iştirak edib, Ağ evin rəsmi nümayəndəsi Şon Spayserin isə 58 press-brifinq keçirib.
Bundan başqa, ABŞ-ın dövlət başçısı prezidentliyinin ilk 100 günündən sonra üç xarici turne çərçivəsində 8 ölkədə olub.
Bildirilir ki, Tramp 37 dəfə qolf meydançalarında görünüb, onun birinci prezidentlik müddətinin başa çatmasına isə 1 279 gün qalıb.
Paylaş: