Xəbər lenti

Böyük Britaniya Avropa İttifaqından çıxması (Brexit) nəticəsində 29 milyard funt sterlinq (35,2 milyard dollar) investisiya itirib.

Bu barədə İngiltərə Bankının pul siyasəti komitəsinin nümayəndəsi Conatan Haskell bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə Aİ-dən çıxmaqla bağlı referendumdan sonra kapital qoyuluşu şəklində biznesin itirilməsi Böyük Britaniyanın ÜDM-nin 1,3%-nə bərabərdir. Ekspert bu göstəricinin 2026-cı ildə ÜDM-in təqribən 2,8%-ə qədər arta biləcəyini istisna etmir. Eyni zamanda, o, ölkənin son 6 ildə investisiyaların cəlb edilməsinə görə Yeddilik Qrupunun (G7) üzvləri arasında sonuncu yerdə olduğunu vurğulayıb.

Qeyd edək ki, Krallıq bir neçə illik danışıqlardan sonra 1 fevral 2020-ci ildə Aİ-ni tərk edib.

Mənbə: Financial Times




Ana səhifəyə qayıt        Baxış: 4 268          Tarix: 15-02-2023, 09:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma