ABŞ prezidenti Donald Trampın Suriya həmləsi ilə amerikan-rus münasibətləri gərginləşmişdi.
Ovqat.com Ölkə.az istinadən xəbər verir ki, bu münasibətlərdə yeni səhifə açılmaq üzrədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyada Vaşinqton ilə əməkdaşlığa tam hazır olduğunu bildirib.
İordaniyanın xarici işlər naziri ilə görüşdükdən sonra açıqlama verən Lavrov deyib: "İordaniya kralı II Abdullanın Rusiya və ABŞ əməkdaşlığının Suriya böhranının həll prosesində böyük önəm daşıdığını bir neçə dəfə bildirib. Bunu dəqiq söyləyə bilərəm, biz buna hazırıq. Vaşinqtondan da eyni addımı gözləyirik".
Terror təhlükəsini yox etmək üçün Suriyada terrora qarşı mübarizə aparan bütün tərəflərin birləşməsinin lazım olduğunu deyən Lavrov "Həm Rusiyanın silahlı dəstələrinin həm də Amerikanın idarə etdiyi koalisiyadan bəhs edirik"-deyə əlavə edib".
Paylaş: