Xəbər lenti

Kreml indi də öz büdcəsini bu silahın hesabına doldurmağa çalışır?
Sülhəddin Əkbər: “Nə qədər ki, Rusiyanın siyasi asılılığından qurtulmamışıq, basqılar davam edəcək”
Rusiya hərbi-sənaye kompleksinin istehsal etdiyi S-500 raketləri yaxın günlərdə rus ordusunun istifadəsinə veriləcək. Maraqlıdır, bu günə qədər “İsgəndər”, S-300 və S-400 raketlərinin yüksək səviyyədə reklamını apararaq dünya dövlətlərində, eləcə də Azərbaycan və Ermənistanda bu raketlərə maraq oyadan, onların satışına nail olan Rusiya, bu kəs S-500 raketləri ilə bağlı da eyni addımı ata bilərmi? Ermənistana güzəştli şərtlərlə silah verən və daha sonra Azərbaycanın da bu silahdan almasını təmin edən Rusiyanın məlum siyasətindən hansısa formda sığortalanmaq mümkündürmü? 
Moderator.az -a açılama verən AZDP sədri Sülhəddin Əkbər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bildiyiniz kimi, hərbi-sənaye kompleksi böyük, ciddi, mühüm bir sahədir. Bütün dövlətlər öz məhsularının bazarda satışıını asanlaşdırmaq üçün müxtəlif vasitələrdən, eləcə də piar kampaniyasından istifadə edirlər. Bu məhsulların reklamına böyük vəsaitlər sərf olunur. Zaman-zaman bu məhsulların imkanı şişirdilir. Bu, təkcə Rusiyaya aid bir məsələ deyil. Lakin informasiyanın qapalı olduğu ölkələrdə buna daha böyük önəm verilir. Çünki bu tip ölkələrdə informasiyanın dəqiqliyini yoxlamaq daha çətin olur. 
Rusiyanın sanksiyalara məruz qaldığı, neft-qaz sektorundan gələn gəlirlərinin azaldığı bir vaxtda hərbi-sənaye kompleksi yenidən ön plana çıxmağa başlayıb. Onların ixracatı Rusiya iqtisadiyyatında mühüm rol oynamağa başlayıb. Bunun üçün isə ən mühüm bazarlar isə Rusiya üçün ənəvi olan bazarlar, yəni bəzi keçmiş post-sovet dövlətləridir. Azərbaycan da Rusiya silahlarından qurtula bilmir. 
Nə qədər ki, Azərbaycan Rusiyadan siyasi baxımdan asılıdır, Rusyanın hərbi-sənaye kompleksinin, xüsusi xidmət orqanlarının, Rusiya Müdafiə Nazirliyinin ölkəmizə bu istiqmaətdə basqıları davam edəcək. 
Azərbaycan bir tərəfdən müharibə şəaitində olduğuna,digər tərəfdən Rusiya Ermənistana həm güzətli şərtlərlə sialh satdığına, həm də bu silahları bağışladığına görə, bu silahları almağa məcbur edilir. Bu silahlar Rusiyanın təzyiqi altında alınır. 
S-500 raketləri isə bazara çıxacağı təqdirdə şübhəsiz ki, bununla ilk növbədə rus ordusu təchiz olunacaq. Bunun digər dövlətlərə satılması isə müəyyən bir zaman alacaq”.



Ana səhifəyə qayıt        Baxış: 932          Tarix: 21-07-2017, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma