Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Rusiya növbəti dəfə Ermənistanı silahlandırmağa başlayıb. Bu səfər öz hərbi yardımını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində həyata keçirərək, pərdələməyə çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın KTMT üzvü olan ölkələrə ağır hərbi texnika göndərəcəyi ilə bağlı məlumatı şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Rusiya bu silahları terrorizmlə mübarizə aparan KTMT üzvlərinə verəcəyini açıqlayıb:
“Hazırda KTMT üzvü olan Ermənistan Azərbaycanın ərazilərini işğal edib, faktiki Azərbaycanla müharibə vəziyyətindədir. Bu kontekstdən yanaşdıqda Rusiyanın verdiyi silahlarin birbaşa Azərbaycan əleyhinə istifadə olunacağını düşünmək olar. Rusiyanın Ermənistana planlaşdırdığı silahlara döyüş helikopterləri, zirehli transportyorlar, havadan müdafiə sistemləri və digər silahlar daxildir. Şimal qonşumuzun Ermənistana bu reveransı Azərbaycan əleyhinə yönəlmiş addımdır, həmçinin rəsmi Kremlin Qarabağ münaqişəsinin həllində rəsmi-siyasi bitərəf mövqeyinə tamamilə ziddir”.
Politoloq bildirib ki, Rusiya son iki ayda Azərbaycanın maraqlarına zidd olan silsilə addımları ilə yadda qalır:
“Bunun nəticəsidir ki, İrəvan ritorikasını dəyişərək, münaqişə ətrafında bütün danışıqları sıfırlayan bəyanatlar səsləndirir. Bunların ən basilica səbəbi isə Rusiyanın Ermənistana silah partiyaları göndərməklə, işğala dəstək verməsidir. Ermənistan Rusiyanın bu dəstəyi ilə Azərbaycanın işğal olunmuş ərazilərində təxribatlara başlayıb. Xocalı aeroportundan Şuşaya turistik aviareyslərin təşkilinə başlanılıb. Görünən odur ki, Ermənistan və Rusiya Azərbaycan əleyhinə birgə siyasi-hərbi fəaliyyət göstərir, status-kvonu möhkəmləndirməyə çalışır”.
Politoloq bildirib ki, may ayında ermənilərin cəbhədə aktivləşməsi, bir neçə təxribat cəhdinin də arxasında bu amil dayanır:
“Məqsəd Azərbaycanı təxribata çəkib, danışıqlardan yayınmaqdır. İyun ayında Minsk Qrupunun regiona səfəri gözlənilir. Həmsədrlər çalışacaq ki, prezidentlərin görüşünü təşkil etsinlər. Növbəti danışıqlarda maraqlı olmayan Ermənistan rəhbərliyi hər vəchlə görüşdən yayınmaq üçün cəbhədə gərginliyə yol açmağa çalışır. Bu fonda Ermənistan Prezidenti Serj Sərkisyanın ötən gün Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları ilə qapalı görüş keçirməsi də maraqlı məqamdır. Mümkündür ki, bu görüşdən sonra işğalçı ölkə təxribatları intensivləşdirsin”.
Politoloq xatırladıb ki, Sərkisyanın Müdafiə Nazirliyinə gedərək, mediaya qapalı görüş keçirməsi bir neçə gün bundan əvvəl onun parlamentdəki çıxışının məntiqi davamıdır:
“Sərkisyan bir neçə gün öncə Ermənistan parlamentində çıxışı zamanı danışıqlara zərbə vuracaq fikirlər səsləndirdi, faktiki olaraq kompromisə və danışıqlara hazır olmadığını göstərdi. Baş verən proseslər irəlləyən aylarda hərbi eskalasiyanı qaçılmaz edir”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar