Xəbər lenti
Bu gün, 19:25

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair şayiələrə münasibət bildirib.

Əkrəm İmamoğlu çıxışında bildirib ki, onun prezidentliyə namizədliyi məsələsi gündəmdə deyil və heç vaxt da olmayıb.

52 yaşlı siyasətçi bəyan edib ki, onun namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəridir.

“Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi sədridir. Mənim namizədim də partiya sədridir”, - İmamoğlu məsələni şərh edərkən deyib.

Qeyd edək ki, CHP-nin də daxil olduğu “Altılı masa” adlı müxalif koalisiya martın 6-da vahid namizədin adını açıqlayacaq.

Mənbə: Halk TV




Ana səhifəyə qayıt        Baxış: 3 239          Tarix: 3-03-2023, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma