Xəbər lenti

“Ukrayna silahlı qüvvələri döyüşlərdə Rusiya ordusundan üç dəfə az mərmi sərf edir”.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Məlumata görə, Ukrayna silahlı qüvvələri köhnə sovet kalibrli mərmi çatışmazlığı ilə üzləşib və sursata qənaət etməyə məcburdur. Rusiya tərəfində də sursat çatışmazlığı müşahidə olunur.

Nəşr yazır ki, Ukrayna hərbçiləri sursata qənaət etmək üçün çox vaxt kiçik piyada qruplarına deyil, daha çox texnikaya üstünlük verirlər. Mərmi israfına yol verməmək üçün atışlar zamanı dəqiqliyə xüsusi diqqət ayrılır.




Ana səhifəyə qayıt        Baxış: 2 855          Tarix: 8-04-2023, 18:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma