Xəbər lenti

Səudiyyə Ərəbistanı ölkədə “Əl-Cəzirə” və “BeİN sports” telekanalları başda olmaqla, Qətərə aid internet saytlarını istifadəyə verib.

Publika.az xəbər verir ki, bu barədə hələ ki, hər hansı rəsmi açıqlama verilməyib.

Məsələ barədə Səudiyyə Ərəbistanı Kraliyyət Divanının səlahiyyətli şəxslərindən olan Süud əl-Kahtani səhər saatlarında şəxsi sosial şəbəkə hesabından açıqlama yayıb. O bildirib ki, ölkədə Qətərə aid kanallar və saytlar texniki problemlər səbəbindən istifadəyə açılıb. Bir neçə saat ərzində problem aradan qaldırılacaq, kanalların və saytların ölkədə istifadəsi yenidən məhdudlaşdırılacaq.




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 24-07-2017, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma