Ukrayna Silahlı Qüvvələrinin hücumu gözlənildiyindən daha az uğur əldə edib və Rusiya qoşunları daha bacarıqlı olub.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı iki Qərb rəsmisinə və yüksək rütbəli ABŞ hərbçisinə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətlərindən biri deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı heç bir cəbhədə ümidləri doğrultmur. Qərbin hesablamalarına görə, rus mövqeləri yaxşı möhkəmləndirilib. Rusiya qoşunları raket zərbələri və minalarla Ukrayna zirehli texnikasının hücumlarını uğurla dəf edir.
Rəsmilər əks-hücumun hələ ilkin mərhələdə olduğunu deyirlər. Onlar optimist olaraq qalırlar və Ukraynanın tədricən uğur qazanacağına inanırlar. Rəsmilər, həmçinin Ukrayna ordusunun Rusiya qüvvələrinin müdafiə taktikasına uyğunlaşdığını söyləyirlər.
Mənbələrdən biri deyib ki, əks-hücum Ukrayna Silahlı Qüvvələri üçün çətin sınaq olub və hər iki tərəf böyük itki verib.
Paylaş: