Xəbər lenti

Hizbullah terror təşkilatının lideri Şeyx Həsən Nəsrullah Suriya-Livan sərhədində yerləşən Arsal şəhərində və Kalamun bölgəsində cihadçı qruplara qarşı başladılan əməliyyatların “böyük hərbi qalibiyyətə” yaxın olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, terrorçu lider bölgədəki ən güclü cihad qrupu olan Nüsra cəbhəsinin nəzarətində olan bütün torpaqları itirdiyini deyib.

Əlavə olaraq, tələb edildiyi təqdirdə cihadçı qruplardan alınan torpaqları Livan ordusuna verməyə hazır olduqlarını qeyd edib.

Terror təşkilatı Liviya ordusu ilə birlikdə əməliyyatlar keçirmək istəyini də gizlətmir. Belə ki, Hizbullaha aid bir döyüşçü Arsal şəhəri yaxınlığında Hizbullah və Liviyanı təmsil edən bayraqları yanaşı sancıb.

Əməliyyatlarda iştirak etməyən Liviya ordusu isə Arsal şəhərini qoruyaraq hərəkata dəstək vermək niyyətindədir.

Terror təşkilatının bir sonrakı məqsədi bölgədəki İraq Şam İslam Dövlətinin nəzarətində olan torpaqları almaqdır.




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 27-07-2017, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma