Yaxın Şərqdəki digər ölkələr və qruplaşmalar münaqişəyə birbaşa müdaxilə edərsə, İsrail beş cəbhədə müharibə aparmağa məcbur qala bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti “Le Beck” analitik mərkəzinin ekspertlərinin hesablamaları əsasında məlumat yayıb.
Qəzet mərkəzin araşdırmasının nəticələrindən belə bir sitat gətirib: "Biz daha da genişlənmək üçün böyük potensiala malik uzanan münaqişə ilə üzləşirik".
Analitiklərin fikrincə, İsrail ölkənin qərbində HƏMAS-la vuruşarkən və şimalda özünü Livan raketlərindən müdafiə edərkən, bu münaqişənin genişlənərək “beş cəbhədə müharibəyə” çevrilməsi təhlükəsi var. Qəzet İsrail üçün potensial təhlükə “uzun illərdir HƏMAS və Hizbullah terror təşkilatlarını maliyyələşdirən” İrandan gəldiyini iddia edib.
Bild-in yazdığı kimi dördüncü və beşinci cəbhəni İordan çayının qərb sahilindəki fələstinli qruplar və Suriyadakı iranlı yaraqlılar aça bilər. Bundan əlavə, analitik mərkəzin ekspertləri İraq və ya Yəmənin münaqişəyə cəlb olunma təhlükəsini istisna etmirlər, lakin bu nəzəriyyəni hələ də ciddi sayan yoxdur.
Tədqiqatçıların rəyinə görə, İsrail Qəzza zolağına hücum edib HƏMAS-ı məhv etməyə cəhd etsə, təzyiqlər daha da güclənəcək.
Paylaş: