Xəbər lenti

“Rusiya Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi problemini sülh yolu ilə həll etmək üçün Amerika Birləşmiş Ştatları ilə işbirliyi etməyə hazırdır”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib.

O, bildirib ki, Rusiya ABŞ-ın hazırkı rəhbərliyi, xarici işlər naziri Reks Tillerson və komandasındakı hər kəslə birlikdə işlər görməyə hazırdır: “ABŞ və müttəfiqləri mövcud vəziyyətin daha da gərginləşməməsi üçün addım atmalıdır. Düşünürəm ki, bu mövzudakı işbirliyimiz rəsmi Pyonqyanq tərəfinin də diqqətini çəkəcək.

Nyu-Yorkda, Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasında birlikdə işlər görərək həll yolu tapacağımızı ümid edirik. Vaşinqton ilə bu mövzuda dialoq müzakirələrini davam etdirəcəyik. Çünki bu problem çox ciddidir və təhlükə daşıyır”.




Ana səhifəyə qayıt        Baxış: 826          Tarix: 31-07-2017, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma