Xəbər lenti

PKK/PYD terror təşkilatı Hələbin Azez bölgəsində yerləşən Kəl-Cibrin kəndinə silahlı hücum təşkil edib.

Publika.az xəbər verir ki, hücum nəticəsində 1 azyaşlı qız həlak olub, 6 nəfər yaralanıb.

Müxalif qüvvələrin nəzarətindəki Azez torpaqlarının Sivilləri Müdafiə Komandirliyindən verilən açıqlamada hücumun piyada topları vasitəsilə təşkil edildiyi bildirilib.

Komandirliyin səlahiyyətli nümayəndəsi Heysəm Cəbər yaralıların xəstəxanaya yerləşdirildiyini, onlardan birinin vəziyyəti ağır olduğu üçün Türkiyəyə göndərildiyini deyib.




Ana səhifəyə qayıt        Baxış: 724          Tarix: 31-07-2017, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma