Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin spirt tərkibli qida məhsullarının pərakəndə və avtomatlar vasitəsilə satışını qadağan edən qanun imzalayıb. 
Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, məhdudiyyətlər spirt tərkibli qeyri-qida məhsullarına da şamil ediləcək. 
Sənədə müvafiq olaraq, bu növdən olan məhsullar barədə internetdə məlumat yaymaq da qadağan edilir. Əks təqdirdə qayda pozan şəxslər cərimə ediləcəklər. Belə ki, vəzifəli şəxslərə tətbiq edilən cərimənin həcmi 20 mindən 40 minə qədər, hüquqi şəxslərə isə 100 mindən 300 minə qədər olacaq. 
Qanun tərkibində 15%-dən az spirt olan alkoqollu içkilərin satışını da qadağan edib. İxracat üçün nəzərdə tutulan məhsullar istisnadır. Bundan başqa, spirt tərkibli məhsullar təyyarələrdə də satıla bilər, amma bunun üçün şirkətin pərakəndə satış üçün lisenziyası olmalıdır. 



Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 31-07-2017, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma