Xəbər lenti

ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının satışının əleyhinə deyil, ancaq Ankaraya xatırladır ki, Konqres məsələni İsveçin NATO-ya daxil olması ilə əlaqələndirir.

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Biz də öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Amma Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra mümkün olacağını söyləyənlər var. Biz Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq”, - Miller bildirib.

Dekabrın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq ABŞ-ın F-16 qırıcılarının tədarükü ilə bağlı qarşılıqlı qərar qəbul edəcəyinə ümidvar olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 4 583          Tarix: 19-12-2023, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma