İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadının taborlarından birinin komandirini öldürüb.
"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Nüseyrat" taborunun komandiri İsmayıl Sirac, eləcə də müavini Əhməd Vəhba İsrail Ordusunun Hərbi Kəşfiyyat İdarəsi və Ümumi Təhlükəsizlik Xidmətinin rəhbərliyi altında cənub Komandanlığının rəhbərlik etdiyi əməliyyat zamanı Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində zərərsizləşdirilib", - məlumatda deyilir.
Ordunun məlumatına görə, “Nüseyrat" taboru oktyabrın 7-də fələstinli radikalların hücumu zamanı "İsrailin cənubundakı icmalara terror hücumlarına görə məsuliyyət daşıyırdı". “Bundan sonra taborun yaraqlıları müharibə zamanı tank əleyhinə raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə İsrail ordunun bölmələrinə hücumlarda iştirak ediblər”, - xəbərdə əlavə olunub.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, habelə uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.
Paylaş: