Xəbər lenti

İran-Pakistan sərhədinin yaxınlığındakı Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslər sakinlərə atəş açıblar.

Axar.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi yerli mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, silahlı hücum nəticəsində ən azı 9 nəfər həlak olub.

Mənbələrin verdiyi məlumata görə, bu gün səhər saatlarında naməlum şəxslər şəhər sakinlərinə atəş açıblar. Agentlik hücumun qurbanlarının iranlı olmadıqlarını bildirir. İranın sərhəd bölgələrində fəaliyyət göstərən heç bir qruplaşma hələlik hücumun məsuliyyətini üzərinə götürməyib.




Ana səhifəyə qayıt        Baxış: 2 282          Tarix: 27-01-2024, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma