İran son günlər qonşu dövlətlərin ərazilərini raket atəşinə tutmaqla da gündəliyə gəlib. Yanvarın 15-dən 16-na keçən gecə ölkənin İnqilab Keşikçiləri Qvardiyası (Sepah) İraqın şimalına, Suriyaya, yanvarın 17-də isə Pakistana dron və raketlərlə zərbələr endirib.
Tehranın yaydığı rəsmi açıqlamaya əsasən, Sepah Suriya və İraq ərazisində terrorçuların mərkəzlərini vurub. Ancaq İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin iddiasına əsasən, İraqın şimalında Ərbil şəhərində Mossad-ın (İsrailin məxfi kəşfiyyat orqanı - red.) qərargahını vurublar. Tehranda həmin hücuma həsr olunan bannerdə yazılıb: “Allahın izni ilə sərt cavab. Biz kafirlərdən intiqam alacağıq”.
İraq rəsmiləri bunu ölkənin suverenliyinə təcavüz kimi qiymətləndiriblər. Şimaldakı hökumətin keçmiş başçısı, Kürdüstan Demokratik Respublikasının (KDP) lideri Məsud Bərzani İranın raket zərbələrini “qorxaq hücum” adlandırıb. O, bu hücumu həm də İraqın Kürdüstan bölgəsinin suverenliyinin pozulması kimi qiymətləndirib. Bölgənin Təhlükəsizlik Şurası bildirib ki, bu hadisə rəsmi Bağdadla Tehran arasında təhlükəsizlik üzrə razılaşmanın pozulmasıdır.
İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfir Nasir Abdel Mohseni məsləhətləşmə üçün geri çağırıb, İranın Bağdaddakı müvəqqəti işlər vəkili Abu əl-Fadl Əziziyə etiraz notası təqdim olunub. İraq rəsmilərinin açıqlamasına əsasən, raket hücumu nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Bağdad İranın Mossad-ın qərargahı ilə bağlı iddiasını da təkzib edib.
ABŞ Dövlət Departamenti hadisə ilə bağlı açıqlamasında hücumları şiddətlə qınayıb.
İran İslam İnqilabı Keşikçiləri Qvardiyası iddia edib ki, Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində “Ceyş əl-Ədl” qruplaşmasının qərargahlarına zərbələr endirib. İslamabaddan yayılan açıqlamaya görə, bu hücum nəticəsində 2 uşaq ölüb.
Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib. Davosda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakarla görüşərək vəziyyəti müzakirə edib...
İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfir Nasir Abdel Mohseni məsləhətləşmə üçün geri çağırıb, İranın Bağdaddakı müvəqqəti işlər vəkili Abu əl-Fadl Əziziyə etiraz notası təqdim olunub. İraq rəsmilərinin açıqlamasına əsasən, raket hücumu nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Bağdad İranın Mossad-ın qərargahı ilə bağlı iddiasını da təkzib edib.
ABŞ Dövlət Departamenti hadisə ilə bağlı açıqlamasında hücumları şiddətlə qınayıb.
İran İslam İnqilabı Keşikçiləri Qvardiyası iddia edib ki, Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində “Ceyş əl-Ədl” qruplaşmasının qərargahlarına zərbələr endirib. İslamabaddan yayılan açıqlamaya görə, bu hücum nəticəsində 2 uşaq ölüb.
Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib. Davosda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakarla görüşərək vəziyyəti müzakirə edib...
Yaxın Şərqdə baş verən silahlı toqquşmalarda tərəflərdən biri olaraq İranın adı hallanır. O, HƏMAS-ın İsrailə qarşı müharibəsini, Yəməndə husilərin Qırmızı dənizdə pirat fəaliyyətini, Livanda “Hizbullah”ın İsrailə qarşı hücumlarını dəstəkləyir, onlara yardımlar edir. Məsələn, ayətullah Seyid Əli Xamənei husiləri hücumu davam etdirməyə çağırıb.
İran belə bir şəraitdə özü üçün daha iki cəbhəni niyə açır? Bu addımları atmaq üçün Tehranın əlində hüquqi əsas var? Bu, perspektivdə İrana hansı hadisələri vəd edə bilər?
Yanvarın 3-də Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin 4-cü ildönümündə Kirmanda dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı yerdə törədilən partlayış nəticəsində 103 nəfər ölmüş, 221 nəfər isə yaralanmışdı. Tehran iddia edir ki, bu hücumu xarici qüvvələr törədib. Hadisə ilə əlaqədar 30-a yaxın şübhəli saxlanılıb. Bu hücumdan sonra İran qərb istiqamətdə qoşunları cəmləyib. Hətta onda Tehran Əfqanıstanda əməliyyat keçirəcəyini də bəyan etmişdi. Bu ölkənin ərazisində antiterror fəaliyyət adı altında tədbirlər keçirməsini mümkün saymaq olar. “Taliban” hökumətini zəif, ölkəyə tam nəzarət etmək imkanının olmadığını əsas gətirərək bu addımı ata bilərdi. Ancaq, görünür, Əfqanıstana indiki vəziyyətdə hücum etməyi Yaxın Şərqdəki hadisələrlə əlaqədar təxirə salıb.
Pakistan, Əfqanıstan və İranın sərhədyanı ərazilərində bəluclar yaşayır. Bu etnik qrup İranda məzhəb fərqi, etnik mənsubiyyətinə görə daim diskriminasiyaya məruz qalır. İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imam cüməsi Mövləvi Əbdül-Həmidin Cümə namazı xütbələrində Tehran rejimi tənqid edilir. Bir qayda olaraq bölgədə hər cümə günü İran hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilir. Tehran hakimiyyəti bu əyaləti daim təzyiq və nəzarətdə saxlayır. Regionda elan edilməmiş fövqəladə hərbi-polis rejimi mövcuddur. Kirman hadisələrindən sonra vəziyyət daha da ağırlaşıb.
Beləliklə, Tehranın Pakistan ərazisini vurmasının aşağıdakı səbəbləri ola bilər:
- 3 ölkə ərazisindəki ictimai, siyasi fəal bəlucları qorxutmaq;
- Pakistanın ərazisində belə silahlı bəluclara hücum etmək iqtidarında olduğunu nümayiş etdirmək;
- Rəsmi İslamabad husilərə qarşı əməliyyatlarda iştirak etmədiyini bildirib. Bununla belə Tehran rəsmi İslamabadı bu hücumla xəbərdar edir;
- İran hakimiyyəti Pakistandan çəkinmədiyini, onun suverenliyini poza biləcəyini göstərir;
- Tehran rejimi bununla regionda maraqları olan dövlətlərə də xəbərdarlıq edir;
- Pakistan hakimiyyəti Əfqanıstanda terrorçuların fəaliyyətindən narahatlığını gizlətmir. Bu, o deməkdir ki, İslamabadla “Taliban” hökuməti arasında müəyyən ziddiyyətlər var. Tehran hakimiyyəti bu münasibətdən yararlanaraq “Taliban”a da öz gücünü göstərir;
- İran hakimiyyəti beynəlxalq hüququ tanımır və s.
Ötən ilin yayında Bağdadla Tehran arasında təhlükəsizliklə bağlı razılıq əldə edilib. Həmin razılaşmaya əsasən, İraq ərazisində İrana qarşı fəaliyyət göstərən silahlı qruplaşmalar sərhədyanı ərazilərdən çıxarılıb. Rəsmi Bağdad bununla bağlı Tehran qarşısında öhdəlik götürüb. İran bildirmişdi ki, ölkənin ərazisi terrorçu qruplaşmalar tərəfindən təhdid ediləcəyi halda atəş açacaq. İraqın şimalında kürd etnik qrupuna muxtariyyət verilib. Onlar de-fakto Ərbili bölgənin mərkəzi sayır. Bu, Bağdaddan sonra İraqın ikinci şəhəridir. İraq Mossad-ın adını hallandırsa da, ehtimal etmək olar ki, Tehran hakimiyyəti bununla həm də İrana silahlı hücumlar etmiş “Pejak”, “Komilə", İran Kürdüstan Partiyasını da hədələyib.
Tehran İraqla müharibədən sonra sülh müqaviləsi imzalamayıb. Tərəflər arasında atəşkəsə dair razılıq əldə olunub. Bununla belə, qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyi tanınır. Ancaq İraqda İrana qarı silahlı qruplaşmaların fəaliyyəti problemlər yaradır. Eyni zamanda, Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra Tehran İraqın daxili işlərinə müdaxilə edir. Bu ölkə ərazisindəki “Həşdi-Şəbi”, “İraq islam müqavimət hərəkatı” kimi silahlı qruplaşmalar bir qayda olaraq İran hakimiyyətinə bağlı sayılır. Bu baxımdan, İraq ərazisinin İran tərəfindən vurulması və onun ölkənin daxili işlərinə qarışması qanunsuzdur. Yəni bu hərəkət beynəlxalq normalara uyğun deyil.
Pakistana gəldikdə isə İran onunla çox yaxın olub. Hətta, Hindistana qarşı Kəşmir müharibəsində İran Pakistana yardım edib və s. Odur ki, Tehranın Pakistan ərazisinə zərbə endirməsi münasibətlərin pozulmasına və ya gərginləşməsinə səbəb ola bilər.
Ehtimal etmək olar ki, İraqdakı anti-İran qrupların fəallığı artacaq. Bu silahlı hücumlarla təzahür etməsə də, İranda yeni etiraz aksiyalarının keçirilməsi ilə müşayiət oluna bilər. İki ölkəyə həmlə Tehranın beynəlxalq miqyasda da sanksiyalara məruz qalacağını deməyə əsas verir.
Habelə, Sepah-ın belə arxayınlıqla İraq və Pakistan ərazisini vurması onun terrorçu silahlı qruplaşma olaraq tanınmasını da tezləşdirə bilər.
Beləliklə, İran HƏMAS-ı, husiləri, “Hizbullah”ı gözlənilən zərbələrdən yayındırmaq məqsədi ilə diqqəti öz üzərinə çəkir. O, bununla həm də başqa “proksi” qüvvələrinə ismarış göndərir.
Report.az
Paylaş: