Xəbər lenti

ABŞ-ın dövlət katibi Reks Tillerson vəzifədə olduğu ilk altı ayın sonunda keçirdiyi mətbuat konfransında Rusiya ilə münasibətlərə də toxunub.

Publika.az xəbər verir ki, mətbuat konfransında çıxışı zamanı Tillerson bildirib ki, Ukrayna üzrə Minsk sazişləri icra olunmadan Rusiya üzərindən sanksiya rejiminin götürülməsi qeyri-mümkündür.

Tillerson bu sazişin vacibliyini vurğulayıb: "Biz daim Minsk sazişinin yerinə yetirilməsinin vacibliyini önə çəkmişik. Çünki Ukrayna ilə ABŞ arasındakı münasibətlər buna bağlıdır. Əks halda Ukrayna ilə bağlı tətbiq edilmiş sanksiyalarda heç bir dəyişiklik olmayacaq".

Kiyev, ABŞ və Avropa Birliyi Moskvanı dəfələrlə Ukraynanın daxili işlərinə müdaxilədə ittiham etsə də, rəsmi Rusiya bu ittihamları qəti şəkildə inkar edir.

Tillerson son olaraq atəşkəs istiqamətində aparılan danışıqlarda ABŞ-ın müəyyən irəliləyişlərə nail olunacağını və Ukraynadakı iqtisadi-siyasi böhranın düzələcəyinə ümid etdiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 752          Tarix: 2-08-2017, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma