Xəbər lenti

İstanbulda Çağlayan Ədliyyəsinin qarşısında atəş səsləri eşidilib.

Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Bölgəyə polis qüvvələri və təcili yardımlar göndərilib.

Hələ ki, hadisənin təfərrüatı bəlli deyil.

***

İstanbulda məhkəmə binasında silahlı insident zamanı polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər ölüb, 2-si polis olmaqla, 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

***

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.

Bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan ölkəsinin terrorunun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 574          Tarix: 6-02-2024, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma