Xəbər lenti

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını yaz sessiyasının əvvəlində ratifikasiya etməlidir.

“Report” “Index”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban çıxışında bildirib.

Macarıstan lideri deyib ki, Budapeştin Stokholmla mübahisəsi “sona çatır”.

“Biz İsveçin Baş naziri ilə mühüm addımlar atdıq. Parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasına doğru gedirik”, – Orban bildirib.

Macarıstan parlamentinin işi fevralın 26-da bərpa olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 787          Tarix: 17-02-2024, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma