Xəbər lenti

Rusiya liberal demokratlar partiyasının sədri Vladimir Jirinovski ömrünün sonunadək Federasiya Şurasında qalmaq niyyətindədir.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə o, Klyazmada keçirilən gənclər forumu zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. 
O həmçinin zarafatyana “Spravedlivaya Rossiya” (Ədalətli Rusiya) partiyasının sədri Sergey Mironov və Rusiya kommunist partiyasının lideri Gennadiy Züqanovun əvəzinə də onların Federasiya Şurasına getməyə hazır olmaları barədə sualı cavablandırıb.
“Gennadiy Andreyeviç hazırdır, Sergey Mixayloviç isə İspaniyaya səfir kimi getməyə hazırdır.”
Sergey Mironov cavab olaraq Federasiya Şurasında “artıq olduğunu” deyib. Xatırladaq ki, o, 2001-2011-ci illərdə yuxarı palatanın spikeri olub.

 




Ana səhifəyə qayıt        Baxış: 1 006          Tarix: 2-08-2017, 17:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma