Xəbər lenti

Hazırda dünya ictimaiyyətində Ukrayna ilə bağlı 10-a yaxın sülh planı mövcuddur, onların əksəriyyəti ictimaiyyətə məlumdur, lakin bir neçə plan məxfidir.

Axar.az xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis deyib.

Kassisin fikrincə, İsveçrə konfransında mümkün qədər çox təklifi nəzərdən keçirmək lazımdır:

"Fikirlər çoxdur. Bəzi fikirləri olan dövlətlər var və bu konfrans onları təhlil etməyə, ortaq məxrəc tapmağa və ondan başlayaraq addım-addım hərəkət etməyə imkan verməlidir".




Ana səhifəyə qayıt        Baxış: 2 917          Tarix: 24-02-2024, 18:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma