Xəbər lenti

Şolts “Taurus”u Ukraynaya vermək, lakin bütün məsuliyyəti ABŞ və İngiltərəyə yükləmək istəyir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov Antalya Diplomatiya Forumu zamanı mediaya açıqlamasında deyib.

"Almanlar hamını aldatmaq istəyirlər ki, onlar haqqında deyil, amerikalılar və britaniyalılar haqqında fikirləşsinlər, çünki amerikalılar və britaniyalılar artıq Ukraynadadır. Bu, ümumiyyətlə, açıq-aşkar özünü ifşadır", - Lavrov bildirib.

Lavrov hesab edir ki, alman zabitlərin söhbəti ilə bağlı qalmaqal Avropada müharibə düşərgəsinin hələ də çox güclü olduğunu təsdiqləyir.

Qeyd edək ki, alman zabitlərin “Taurus”u Ukraynaya vermək və Krım körpüsünə zərbə endirməklə bağlı gizli səs yazısının doğruluğunu Almaniya MN artıq təsdiqləyib.




Ana səhifəyə qayıt        Baxış: 3 550          Tarix: 2-03-2024, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma