Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması Qərbdə ciddi narahatlıq yaradır. Çünki NATO üzvü olan bir ölkənin Şimal Alyansının rəqibi ilə silah ticarəti narahat doğuran məqamdır. Bunu anlayışla qarşılamaq olar. Lakin Türkiyənin hədəfi doğrudanmı üzvü olduğu hərbi ittifaqdır?!
Publika.az xəbər verir ki, Rusiyanın “İqtisadi xəbərlər” (ekomonist izvestia) portalı Ankaranın S-400 almasının əsas məqsədlərlə bağlı maraqlı iddia irəli sürüb.
Portal yazır ki, Türkiyə “Patriot” yox, məhz S-400 alır: “Halbuki, S-400-ün rəqibin silahlarını tanımaq mexanizmi yoxdur. Bu, onu göstərir ki, Türkiyənin hədəfində NATO, yaxud bu ittifaqın hansısa ölkəsi yoxdur. Hədəfdə Yunanıstanın olduğu deyilir, lakin doğrudanmı təkcə hədəf Afinadır?!”.
Portal Türkiyənin hədəfində Ermənistanın da olduğunu qeyd edib.
Bu iddia Rusiyadan alınan S-400-lərdən birinin Ermənistanla sərhədə yerləşdiriləcəyi xəbəri fonunda diqqət çəkir. Hətta ehtimallar var ki, Türkiyə aldığı S-400-lərdən bir divizionunu Azərbaycana versin.
Paylaş: