İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə İran İslam Respublikasının konsulluğu və ya səfirliyinə deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari məlumat verib.
“Kəşfiyyat məlumatlarımıza görə, bu bina konsulluq və ya səfirlik deyil, SEPAH-ın Əl-Qüds Xüsusi Təyinatlı Qüvvələrinə məxsus hərbi obyekt idi”, - ordu nümayəndəsi bəyan edib.
Onun sözlərinə görə, bu obyekt Dəməşqdə mülki bina kimi maskalanıb.
Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Dəməşqə zərbələr endirib. Suriya paytaxtında İran konsulluğunun binasının atəşə tutulduğu bildirilib. SEPAH-ın İctimaiyyətlə Əlaqələr Departamenti zərbələr nəticəsində yeddi hərbi məsləhətçinin, o cümlədən iki generalın öldürüldüyünü etiraf edib.
Mənbə: TASS
Paylaş: