Şimali Koreyanın ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Şimali Koreyanın aprelin 2-də ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin pozulmasıdır. Qeyri-qanuni ballistik raket buraxılışları Koreya yarımadasında sülh və təhlükəsizliyi pozmaqda davam edir. Böyük Britaniya qətiyyətlə Şimali Koreyanı növbəti təxribatlardan çəkinməyə, dialoqa qayıtmağa, nüvəsizləşdirmə istiqamətində etibarlı addımlara çağırır", - bəyanatda deyilir.
KXDR aprelin 2-də "hipersəsli uçuşun döyüş başlığı" ilə yeni orta və daha uzun mənzilli "Hvasonpho-16b" raketini uğurla sınaqdan keçirib. Məlumata görə, sınaqlara ölkə lideri Kim Çen In rəhbərlik edib.
Paylaş: