Xəbər lenti

Almaniyanın xarici işlər naziri Annalena Berbokla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı A.Berbok bildirib ki, ehtimal olunan regional eskalasiyanın qarşısını almaq lazımdır:

“Bu, hər kəsin marağında olmalıdır. Biz bölgənin bütün aktorlarını məsuliyyətli və təmkinli olmağa çağırırıq”.




Ana səhifəyə qayıt        Baxış: 3 695          Tarix: 11-04-2024, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma