Xəbər lenti


ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək “Vaşinqton İsrailin İrana qarşı mümkün əks-hücumunu dəstəkləməyəcək” deyib.

 

Ovqat.com-un məlumatına görə, bu xəbəri CNN ABŞ administrasiyasının yüksək səviyyəli rəsmilərinə istinadən paylaşıb.

 

Bildirilir ki, Baydendən başqa digər milli təhlükəsizlik müşavirləri də israilli həmkarlarına eyni məsləhəti verib.

 

Məlumata görə, Bayden Netanyahuya mesaj verib ki, İsrail İranın hücumları böyük uğurla dəf edib və onun Tehrandan qisas almasına ehtiyac yoxdur. O deyib ki, İranın uğursuz hücumlarının qarşısı “İsrailin üstün hərbi potensialı” nəticəsində alınıb və Təl-əviv buna özünün qələbəsi kimi baxmalıdır.

 

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi də mətbuata verdiyi açıqlamasında eyni məntiqdən çıxış edərək, hücumların geniş yayılmış zərərinin qarşısını almaq qabiliyyətinin İsrailin "hərbi üstünlüyünün" əlaməti olduğunu və İranın "iddia edildiyi kimi hərbi güc" olmadığını sübut etdiyini söyləyib.

 

"Bu, inanılmaz bir nailiyyət idi. O, həqiqətən də İsrailin hərbi üstünlüyünü və daha önəmlisi, diplomatik üstünlüyünü sübut etdi. Bir daha göstərdi ki, İsrailin regionda və dünyada güclü dostları var və ona kömək etməyə hazırdırlar”, - deyə Kirbi bildirib.

 

Digər ABŞ rəsmisinin sözlərinə görə, müdafiə naziri Lloyd Ostin də israilli həmkarı, Yoav Gallantdan İranın hücumuna qarşı hər hansı mümkün cavab verəcəyi təqdirdə, bu barədə Vaşinqtonu məlumatlandırmasını istəyib.

 

CNN xəbər verir ki, Amerika rəsmiləri həmkarlarına İrana necə cavab verməklə bağlı yekun qərarın İsrailə aid olduğunu vurğulayıb, Bayden isə münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.

 

CNN məlumatı şərh edərkən vurğulayıb ki, Netanyahunun Baydenin məsləhətinə qulaq asıb-asmayacağı bəlli deyil.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 598          Tarix: 15-04-2024, 06:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma