Xəbər lenti

 

İŞİD terror təşkilatına qarşı yaradılmış və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin apardığı hərbi əməliyyatlar nəticəsində terror təşkilatının 3 lideri öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin sözçüsü Rayn Dillon açıqlama verib.

Açıqlamada terrorçuların İraq və Suriyada edilən hava hücumları nəticəsində məhv edildiyi bildirilib.

Öldürülən terrorçu liderlərin təşkilatın xarici əməliyyatlarından və bombaların hazırlanmasından cavabdeh olduqları təsbit edilib.




Ana səhifəyə qayıt        Baxış: 941          Tarix: 4-08-2017, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma