Xəbər lenti

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: “Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblər ki, Ukraynadakı Rusiya qüvvələri son aylarda əhəmiyyətli dərəcədə artmayıb, lakin Rusiya ordusu ümumilikdə döyüş keyfiyyətlərini yaxşılaşdırmaqda davam edir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 109          Tarix: 4-05-2024, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma