Xəbər lenti

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “CBS News” məlumat yayıb.

Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər.

Eyni zamanda, “Əl Hadath” telekanalı mənbələrə istinadən xəbər verib ki, HƏMAS İsraillə atəşkəs razılaşmasının birinci mərhələsində 33 israilli girovu azad etməyə razılaşıb.

Danışıqların yeni raundu bazar günü, mayın 5-nə planlaşdırılıb.




Ana səhifəyə qayıt        Baxış: 2 885          Tarix: 5-05-2024, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma