Xəbər lenti

 

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib. “Reuters” xəbər verir ki, şəhərdə minalanmış avtomobil partladılıb.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Minalanmış avtomobil xəstəxananın qarşısında partladılıb. İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.




Ana səhifəyə qayıt        Baxış: 774          Tarix: 4-08-2017, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma