Xəbər lenti

 

Əfqanıstanın paytaxtı Kabilda Almaniya səfirliyinin binası qarşısında partlayış törədilib.

Publika.az xəbər verir ki, “Röyters” agentliyi onlarla insanın həlak olduğunu, 150-dən çoxunun yaralandığını bildirib.

Öz növbəsində əfqan məmurlarına istinadən “Assoşieyted Press” agentliyi partlayış nəticəsində 60 insanın öldüyünü xəbər verib.

Partlayış baş verən ərazinin yaxınlığında həmçinin prezident sarayı və xarici səfirliklərin binaları yerləşir. Polisin məlumatına görə, minalanmış avtomobil partladılıb.

Hadisəyə görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.




Ana səhifəyə qayıt        Baxış: 745          Tarix: 31-05-2017, 10:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma