Xəbər lenti

İtaliyanın baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri, "Liqa" partiyasının lideri Matteo Salvini NATO-nun baş katibi Yens Stoltenberqi "təhlükəli adam" adlandırıb və bildirib ki, onun qarşısını almaq lazımdır.

"Bu səhər mənə dedilər ki, NATO-nun baş katibi Stoltenberq Sofiyada İtaliya və Avropa silahlarının Rusiyanı vurmalı olduğunu söyləyib. Bu centlmen təhlükəlidir. O, Üçüncü Dünya müharibəsindən danışır. Rusiya daxilində hədəfləri vurmaq mənə təhlükəli görünür, ona görə də, kim bacarırsa, onu dayandırsın", - nazir bəyan edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 003          Tarix: 27-05-2024, 21:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma