Xəbər lenti

ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanıb.

Məlumata görə, razılaşma on illik müddəti əhatə edir.

Sənədi ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski imzalayıblar.

Qeyd edək ki, imzalanma mərasimi İtaliyada keçirilən Böyük Yeddilik (G7) ölkələrinin sammiti çərçivəsində baş tutub. ABŞ ilə yanaşı, Yaponiya da Ukrayna ilə analoji müqavilə bağlayıb.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 963          Tarix: 14-06-2024, 10:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma