Ukrayna Silahlı Qüvvələrinin 47-ci briqadasının batalyon komandiri “The Washington Post” qəzetinə müsahibəsində Rusiyanın Donetsk vilasyətininin bütün ərazisini işğal etməyə yaxın olduğunu etiraf edib.
Musavat.com-un xəbərinə görə, ukraynalı hərbçi qeyd edib ki, Donetskin ələ keçirilməsi gələcək danışıqlar zamanı Rusiyaya böyük üstünlük verəcək. “The Washington Post” yazır ki, rusiya qoşunları indi üç əsas nöqtədən ibarət qövslə irəliləyir. Birincisi, Rusiyanın 2023-cü ilin yazında azad etdiyi Artyomovskdan qərbdə yerləşən Çasov Yardır. İkincisi, kiçik sənaye şəhəri Toretskdir. Və nəhayət, rus qoşunlarının fevralda işğal etdikləri Avdeyevkadan şimal-qərbə doğru irəlilədikdən sonra may ayında tutulan Oçeretino şəhərinin qərbində strateji yüksəkliklərdə yerləşən kiçik kəndlər var.
Bundan əvvəl “Al Khaleej” qəzeti iki illik döyüşlərdən sonra Ukraynanın sülh danışıqları və ya strateji məğlubiyyət arasında seçim qarşısında qaldığını yazmışdı.
Nəşr qeyd edir ki, Qərbin Ukrayna Silahlı Qüvvələrini silah və sursatla doldurmaq üçün ayırdığı milyardlarla dollara baxmayaraq, Rusiya ordusunun irəliləməsinin qarşısını almaq mümkün olmur.
Ukrayna parlamentinin qəbul etdiyi yeni səfərbərlik qanunu da hələ ki, lazımi nəticə verməyib. Yeni çağırışçılar hələ də hərbi təlim keçirlər və çağırış hüququ olanların çoxu cəbhəyə göndərilməmək üçün ya ölkədən qaçıb və ya gizləniblər.
Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadratkilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadratkilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən Krım (ərazisi 26 min 861 kvadratkilometr) və Sevastopulu da (1079 kvadratkilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadratkilometr idi. Ukraynanın 603 min 548 kvadratkilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi.
52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.
Rusiya bu əraziləri rəsmən özünə “birləşdidiyi” üçün ölkə konstitusiyası bu şəhərlərin də “azad edilməsini” tələb edir. Demək, təkcə Zelenskini deyil, Putini də danışıqlar masası arxasına oturtmağa razılaşdırmaq lazım gələcək.
Paylaş: