Xəbər lenti

ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə Yaponiya və Koreya Respublikasının müdafiə nazirləri Minoru Kihara və Şin Von-Siq Tokioda üçtərəfli təhlükəsizlik əməkdaşlığına dair saziş çərçivəsində memorandum imzalayıb və onun qüvvəyə mindiyini elan ediblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin yaydığı bəyanatda deyilir.

Bu sənəd siyasi məsləhətləşmələr, məlumat mübadiləsi, üçtərəfli təlimlər, sülh və sabitliyin təşviqi məqsədilə müdafiə nazirlikləri arasında təhlükəsizlik əməkdaşlığını institusionallaşdırır.

Memorandum hərbi qurum rəislərinin üçtərəfli görüşündə imzalanıb. Pentaqonun məlumatına görə, görüşdə ümumi təhlükəsizlik məsələləri də müzakirə edilib. Xüsusən də nazirlər KXDR-dən gələn nüvə və raket təhdidlərinin qarşısını almaq üçün əməkdaşlığı gücləndirməyə sadiq olduqlarını bildiriblər. Bundan əlavə, onlar Pxenyanın Moskva ilə əməkdaşlığından və Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasından narahat olduqlarını dilə gətiriblər.

Qeyd edək ki, sonuncu dəfə üç ölkənin müdafiə nazirliklərinin rəhbərləri iyun ayında Sinqapurda keçirilən Şanqri-La Dialoq konfransı çərçivəsində görüşüb, daha sonra birgə təlimlər keçirməyi planlaşdırdıqlarını açıqlayıblar.




Ana səhifəyə qayıt        Baxış: 2 649          Tarix: 28-07-2024, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma