Xəbər lenti

ABŞ və bir sıra digər ölkələr İsrail və Livanın “Hizbullah” hərəkatı arasında müvəqqəti atəşkəs üçün diplomatik təşəbbüs üzərində işləyir və Ağ Ev artıq sentyabrın 25-də bunu elan edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hərbi əməliyyatlardakı fasilənin məqsədi böyük münaqişənin qarşısını almaq, daha geniş diplomatik razılaşmaya dair danışıqlar aparmaq və məcburi köçkünlərin İsrail-Livan sərhədinin hər iki tərəfindəki evlərinə qaytarılmasıdır.

Portalın yazdığına görə, ABŞ “Hizbullah”ın yeni təşəbbüsə potensial razılığının Fələstinin radikal HƏMAS hərəkatını da Qəzza zolağında atəşkəs sazişi bağlamağa sövq edə biləcəyinə ümidvardır.

“HƏMAS “Hizbullah”a diplomatik həll şansı təklif olunduğunu görsə, bu, HƏMAS lideri Yəhya Sinvarı razılaşmaya sövq edə bilər”, - mənbələr bildiriblər.

Qeyd olunur ki, ABŞ artıq Fransa, İsrail, Livan və bir sıra digər ərəb ölkələri ilə təşəbbüsü müzakirə edib.

“İsrailin Baş naziri Netanyahu bu təşəbbüsü müzakirə etmək üçün yaşıl işıq yandırıb”, - İsrail rəsmisi “Axios”a bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 486          Tarix: 25-09-2024, 23:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma